QR CodeQR Code

"Təbrizlilər"in önünü kəsdiyi "silah daşıyan maşınlar" görün nə çıxdı

IslamTimes , 29 Sep 2020 21:45

İslamTimes: "Shedevr.1" səhifəsi nə üçün Azərbaycan-İran münasibətlərini gərginləşdirməyə çalışır?


"Instagram" sosial şəbəkəsində bir neçə gündür anti-İran təbliğatlarını daha da genişləndirən və İran İslam Respublikasının Ermənistana hərbi təchizat göndərdiyini iddia edən "Shedevr.1" səhifəsi bir video çarx paylaşaraq yazıb: "Güney Azərbaycan soydaşlarımız Qarabağa gedən rus fars silahlarının daşındığı yolu kəsməyə çalışırlar..."

Araşdırmalardan sonra məlum olub ki, bu görüntülər 2019-cu ilin noyabr ayında İranın Xuzistan vilayətində benzinin qiymətinin artımı ilə əlaqədardır. Şuştər-Dezful yolunu bağlayan bəxtiyari tayfasından olan etirazçılar yolu bağlamaqla qiymət artımına etiraz ediblər. Bu videonun YouTube şəbəkəsindəki linkini də sizlərə təqdim edirik:

http://https://www.youtube.com/watch?v=Bi_7UJXNnn0

"Shedevr.1" səhifəsinə İranın bu xəbərləri təkzib etdiyi və düşmənlərin Azərbaycanla İran arasındakı münasibətləri korlamağa çalışdığı bildirilsə də, səhifə bu sayaq paylaşımlarına hələ də davam edir. Maraqlıdır, yoxsa bu səhifələr də Azərbaycan-İran münasibətlərinə, başqa sözlə desək Azərbaycan dövlətçiliyinə zərbə vurmağa çalışan xarici qüvvələrəmi xidmət edir?


 


Story Code: 889250

News Link :
https://www.islamtimes.org/az/news/889250/təbrizlilər-in-önünü-kəsdiyi-silah-daşıyan-maşınlar-görün-nə-çıxdı

Islam Times
  https://www.islamtimes.org