0
Tuesday 29 September 2020 - 23:44

Şərəfsizliyin son həddi - "Shedevr.1" səhifəsi Azərbaycan xalqını hara sürükləyir?

Story Code : 889266
Şərəfsizliyin son həddi - "Shedevr.1" səhifəsi Azərbaycan xalqını hara sürükləyir?
Öncəki xəbərdə bir yalanını üzə çıxardığımız "Shedevr.1" səhifəsi daha bir video paylaşaraq "Təbrizin Bostanabad ərazisinə 25 km qalmış Ermənistana gedən silah dolu TIR-ı yolda cənublu həmvətənlərimiz yandırıblar" yazıb.

Böyük sevinc hissi ilə paylaşılan bu videonun əvvəli və sonu kəsilərək izləyiciləri aldadılmağa çalışılıb. May ayında "Young Journalists Club" (yjc.ir) saytında yayımlanan bu videonun əvvəlində deyilir:
"Şərqi Azərbaycanın Bostanabad məntəqəsində təkər daşıyan yük maşını qəza sonrası yanmağa başlayıb."

Hətta videonu lentə alan Əhməd adlı iranlı gecə saat 1:10 radələrində bu videonu lentə aldığını söyləyir. YJC.ir saytında (6 xordad- 26 may tarixində) yayımlanmış bu videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

https://www.yjc.ir/fa/news/7367758/



Şedevrin paylaşımı (FOTO):

Source : IslamTimes