0
Tuesday 2 August 2011 - 14:15

İngiltərədə Liviya ilə bağlı ciddi ixtilaflar yaranıb

Story Code : 88928
İngiltərədə Liviya ilə bağlı ciddi ixtilaflar yaranıb
İngiltərədə Liviya ilə bağlı ciddi ixtilaflar yaranıb
"IslamTimes" "MehrNews" xəbər agentliyinə istinadən xəbər verir ki, İngiltərə KİV-i NATO daxilində Liviya müharibəsi ilə bağlı ciddi ixtilafların yarandığından yazıb. NATO üzvləri, xüsusi ilə İngiltərə Liviyada sülh sazişi ilə kəskin müxalifdir.

İngiltərə xəbər agentlikləri İngiltərə rəsmiləri arasında Liviya müharibəsi ilə bağlı ixtilaflara işarə ilə yazıb: "İngiltərənin Xarici İşlər Naziri Viliam Heyg bu ölkənin müdafiə naziri Liam Foksun "Liviya müharibəsində NATO müxalifləri himayə etməklə qələbə qazana bilməyəcək" ifadəsini tənqid edərək deyib: "Liviya müharibəsi lazım olan zamanadək davam edəcək. Bu müharibə üçün heç bir zaman məhdudiyyəti yoxdur."

Heyg əlavə edib: "Liviya müharibəsi kompyüter oyunu deyil ki, yorulduğunuz zaman oyunu davam etdirmək üçün başqasını öz yerinizə qoyasınız! Bizim iradəmizə tərəddüdlə yanaşmaq olmaz. Biz bu müharibədə qalib olmalıyıq."

Bu gün bir çox NATO üzvləri Liviya məsələsində yürüdülmüş siyasətin yanlış olduğunu söyləyirlər. Amma İngiltərədə bir qrup siyasətçilərin bu müharibənin davam etdirilməsində israrlıdırlar.
Comment