QR CodeQR Code

Ermənistana silah daşınmasına imkan vermərik - Tehran

IslamTimes , 30 Sep 2020 09:02

İslamTimes: İran öz ərazisindən keçən tranzit yüklərə ciddi nəzarət edir və heç zaman silah-sursat daşınmasına imkan verməz.


Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib.

O, bəzi KİV-də İrandan Ermənistana silah-sursat daşınması haqqında yazılan xəbərləri təkzib edib.

Nəzərə çatdırılıb ki, İran ilə qonşu dövlətlər arasında yüklərin tranzit daşınması haqqında razılaşma var. Bu razılaşmaya əsasən, yük avtomobilləri yalnız mülki xarakterli yükləri daşıyır.

Qeyd edək ki, "Shedevr.1", "HamamTimes" kimi səhifələrin paylaşdığı bir neçə videonun bir il öncəyə aid videolar olduğunu və ümumiyyətlə silah daşıyan yük maşınları deyil, təkər yüklü maşın olduğunu sübuta yetirən kadrları öncəki xəbərlərdə oxuculara təqdim etmişik. 

Elə görünür ki, bu səhifələr xarici qüvvələrin sifarişi ilə Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini gərginləşdirməyə çalışır!


Story Code: 889297

News Link :
https://www.islamtimes.org/az/news/889297/ermənistana-silah-daşınmasına-imkan-vermərik-tehran

Islam Times
  https://www.islamtimes.org