0
Wednesday 30 September 2020 - 12:20

İranlı deputatlar Azərbaycan Respublikasını dəstəklədiklərini bildiriblər

Story Code : 889321
İranlı deputatlar Azərbaycan Respublikasını dəstəklədiklərini bildiriblər
SalamNews xəbər verir ki, Ərdəbil əyalətini İran Parlamentində təmsil edən deputat höccətül-islam Seyid Kazim Musəvi rəsmi twıtter səhifəsi vasitəsilə paylaşım edərək, Qarabağda şəhid olan Azərbaycan əsgərlərinə görə başsağlığı verib.

Azərbaycan Respublikası xalqının müqaviməti ilə Qarabağın azad ediləcəyinə ümidvar olduğunu yazan deputat açıqlayıb ki, onlar Azərbaycan xalqının yanındadırlar.

Eyni zamanda Urmiyanı İran Parlamentində təmsil edən deputat höccətül-islam Seyid Salman Zakir Qarabağın islam torpağı olduğunu və zülmün qarşısında durmağın ilahi əcrə malik olduğunu bildirib və haq yolunda mücahidlik edən əsgərlərə salam göndərdiyini bildirib.