QR CodeQR Code

İranlı deputatlar Azərbaycan Respublikasını dəstəklədiklərini bildiriblər

30 Sep 2020 12:20

İslamTimes: Ərdəbil və Qərbi-Azərbaycan əyalətlərini İran parlamentində təmsil edən deputatlar Seyid Kazim Musəvi və Seyid Salman Zakir Qarabağ döyüşlərində Azərbaycanı dəstəklədiklərini açıqlayıblar.


SalamNews xəbər verir ki, Ərdəbil əyalətini İran Parlamentində təmsil edən deputat höccətül-islam Seyid Kazim Musəvi rəsmi twıtter səhifəsi vasitəsilə paylaşım edərək, Qarabağda şəhid olan Azərbaycan əsgərlərinə görə başsağlığı verib.

Azərbaycan Respublikası xalqının müqaviməti ilə Qarabağın azad ediləcəyinə ümidvar olduğunu yazan deputat açıqlayıb ki, onlar Azərbaycan xalqının yanındadırlar.

Eyni zamanda Urmiyanı İran Parlamentində təmsil edən deputat höccətül-islam Seyid Salman Zakir Qarabağın islam torpağı olduğunu və zülmün qarşısında durmağın ilahi əcrə malik olduğunu bildirib və haq yolunda mücahidlik edən əsgərlərə salam göndərdiyini bildirib.


Story Code: 889321

News Link :
https://www.islamtimes.org/az/news/889321/iranlı-deputatlar-azərbaycan-respublikasını-dəstəklədiklərini-bildiriblər

Islam Times
  https://www.islamtimes.org