QR CodeQR Code

Hizbullah lideri Qasim Süleymani və əl-Mühəndisin qətlinin səbəbini açıqlayıb

30 Sep 2020 10:52

İslamTimes: “ABŞ Qasim Süleymanini və Haşd-Şabinin rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi terror etməklə İŞİD-ə yenidən can vermək və onu səhnədə saxlamaq niyyətindədir. Çünki bu səbəblə o bölgədə qala bilər.”


SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu Hizbullahın lideri Seyid Həsən Nəsrullah ötən gün axşam çıxışında deyib.

Yaxın Şərqlə və Livanla bağlı müxtəlif mövzulara toxunan Həsən Nəsrullah Qasim Süleymani və əl-Mühəndisin ABŞ tərəfindən terror edilməsi səbəbinin İŞİD-in meydanda saxlanılmasından ibarət olduğunu bildirib.

O bildirib ki, ABŞ bu kimi səbəblərlə bölgədə qala bilir.

O həmçinin Netanyahunun Beyrutda Hizbullahın silah anbarları ilə bağlı ötən günkü iddiasına münasibət bildirib və açıqlayıb ki, yerli KİV-lərlə dərhal həmin deyilən obyektlərə baş çəkməyə və orada heç bir silahın olmamasını sübut etməyə hazırdır.

Hizbullah lideri eyni zamanda Küveyt əmirinin vəfatına görə bu ölkə xalqına başsağlığı verib.

Livana gəldikdə isə Hizbullah lideri Fransanın ölkədəki siyasi vəziyyətlə bağlı təşəbbüsünü dəyərləndirdiyini, eyni zamanda Emanuel Makronun diktələrinin qəbuledilməz olduğunu bildirib.


Story Code: 889324

News Link :
https://www.islamtimes.org/az/news/889324/hizbullah-lideri-qasim-süleymani-və-əl-mühəndisin-qətlinin-səbəbini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org