0
Wednesday 30 September 2020 - 12:32

Ayətullah Xameneinin rəsmi nümayəndəsi: "Azərbaycanın işğal olunmuş torpaqlarını geri alması tam qanunidir!"

Story Code : 889327
Ayətullah Xameneinin rəsmi nümayəndəsi: "Azərbaycanın işğal olunmuş torpaqlarını geri alması tam qanunidir!"


Ali dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xameneinin Ərdəbil şəhəri üzrə nümayəndəsi, Ərdəbilin imam-cüməsi Ayətullah Seyid Həsən Amuli Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı münasibət bildirib.

Deyerler.org-un verdiyi xəbərə görə, bu barədə Ayətullah Seyid Həsən Amuli Telegram səhifəsində yazıb: "Azərbaycan dövlətinin qəsb olunmuş ərazilərini geri almaq üçün atdığı addım kamil şəkildə şəri və qanunidir. Beynəlxalq hüquqlara əsasən hər dövlətin öz ərazisini qorumaq üçün müdafiə və digər dövlətlərdən kömək almaq hüququ vardır.
 
Biz islamçı İran və inqilabın fəlsəfəsi olaraq məzlumu müdafiə etməyi və zalımla mübarizə aparmağı öz dini, insani və islami vəzifəmiz bilirik. Bu üzdən son qazanılmış qələbələrə görə böyük Azərbaycan millətini təbrik edirik və Qarabağın tamamilə azad edilməsini Allahdan arzu edirik...".