QR CodeQR Code

BMT Yəmənlə bağlı işi Beynəlxalq Cəza Məhkəməsinə göndərilməsini istəyir

30 Sep 2020 14:19

İslamTimes: BMT İnsan Haqları Şurası, Təhlükəsizlik Şurasını Yəmənin işini Beynəlxalq Cəza Məhkəməsinə göndərməyə çağırıb.


BMT İnsan Hüquqları Şurası İsveçrənin paytaxtı Cenevrədə keçirdiyi toplantı zamanı Səudiyyə rejimininkoalisiyasının Yəmənə qarşı müharibəsində insan haqlarının kobud şəkildə pozulduğunu əsas gətirərək, BMT Təhlükəsizlik Şurasını Yəmən işinə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməyə çağırdı.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, BMT İnsan Haqları Şurası həmçinin Yəmən müharibəsi zamanı Səudiyyə rejiminin koalisiyasına silah tədarükünün dayandırılmasına çağırış etdi. Şura Səudiyyə rejiminin koalisiyasına silah göndərilməsinin Yəməndəki vəziyyəti daha da pisləşdirəcəyini vurğuladı. Aİ Xarici İşlər naziri Josep Borrell də çərşənbə axşamı Brüsseldə Səudiyyə rejiminin Xarici İşlər naziri Feysəl bin Farhan ilə görüşü zamanı Yəməndəki baş verənlərdən narahatlığını bildirərək, tərəfləri bu ölkədəki fəlakətli qarşıdurmaya son qoymağa çağırıb.

 


Story Code: 889352

News Link :
https://www.islamtimes.org/az/news/889352/bmt-yəmənlə-bağlı-işi-beynəlxalq-cəza-məhkəməsinə-göndərilməsini-istəyir

Islam Times
  https://www.islamtimes.org