QR CodeQR Code

Misir diktatoru dəmir barmaqlıqda mühakimə ediləcək

2 Aug 2011 14:55

IslamTimes - 30 il dəmir yumruqlarla Misir xalqına hakim olmuş 83 yaşlı Hüsnü Mübarək sabah xalq qarşısında cavab verməlidir.


"IslamTimes" "JamejamOnline"-a istinadən xəbər verir ki, bütün ərəb dünyası bu gün diktator adlandırılan sabiq Misir prezidenti Hüsnü Mübarəkin mühakimə olunmasını gözləyir.

Mübarkin məhkəmə prosesinin ilk mərhələsinin sabah 3 avqust tarixində keçiriləcəyi açıqlanıb. Bu mühakimə nəinki Misirdə, hətta bütün ərəb dünyasında oxşarı olmayan bir mühakimədir. 30 il dəmir yumruqlarla Misir xalqına hakim olmuş 83 yaşlı Hüsnü Mübarək sabah xalq qarşısında cavab verməlidir.

Bu günədək ərəb dünyasında Hüsnü Mübarək kimi bir ölkə başçısını xalqın mühakimə etməsinə oxşar bir hadisə baş verməyibdir. Bundan da mühüm Hüsnü Mübarəkin mühakimə prosesi üçün hazırlanmış dəmir barmaqlıqdır. Sabiq Misir diktatorunun məhkəmə prosesi zamanı bu dəmir barmaqlıq içində olacağı söylənilir.


Story Code: 88939

News Link :
https://www.islamtimes.org/az/news/88939/misir-diktatoru-dəmir-barmaqlıqda-mühakimə-ediləcək

Islam Times
  https://www.islamtimes.org