0
Thursday 1 October 2020 - 14:09

Aİ-nin Ali nümayəndəsi ilə Rusiya XİN başçısı Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib

Story Code : 889561
Aİ-nin Ali nümayəndəsi ilə Rusiya XİN başçısı Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib
APA-nın Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağdakı son vəziyyət müzakirə olunub. 

Atəşin dərhal və tamamilə dayandırılmasının, münaqişə tərəflərinin və digər ölkələrin maksimal dərəcədə təmkinlik göstərməsinin vacibliyi vurğulanıb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişə tərəflərini eskalasiyanın dayandırılmasına çağırışla bağlı 27 sentyabr tarixli xüsusi bəyanatına dəstək ifadə olunub.

Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurası və ATƏT Daimi Şurasının xüsusi iclaslarında aparılan müzakirələrə uyğun olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki mərkəzi rolu vurğulanıb.