0
Thursday 1 October 2020 - 11:30

Soydaşlarımız Putinə müraciət etdi: Təsir göstərin!

Story Code : 889563
Soydaşlarımız Putinə müraciət etdi: Təsir göstərin!
Cəmiyyətdən Axar.az-a daxil olan müraciət mətnini təqdim edirik:

“Möhtərəm Prezident! Bizlər Azərbaycan kökənli Rusiya vətəndaşları olaraq Bakı və Moskva arasında mövcud olan qarşılıqlı dostluq münasibətlərini çox yüksək qiymətləndiririk. Bu münasibətlərin hərtərəfli inkişaf etdirilməsi istiqamətində əlimizdən gələni etməyə hər zaman hazırıq.

Hörmətli Vladimir Vladimiroviç!

Son günlər Azərbaycan və Ermənistan arasında baş verən və indi də davam edən mübaribədə BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan hərbi birləşmələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini və eləcə də Rusiya Federasiyası və dünya birliyinin Azərbaycanın ərazi bütövlüyü tanınmasını rəhbər tutaraq, Ermənistanın 30 ilə yaxındır yürütdüyü işğalçılıq siyasətini tənqid edərək, bu müharibənin ədalətli nəticəsi üçün öz töhfənizi verməyinizi sizdən xahiş edirik!

Hesab edirik ki, Rusiya həm ATƏT-in Minsk Qrupunun həmsədri, həm də qonşu dövlət kimi münaqişənin Azərbaycanın ərazi bütövlüyünün vacibliyini nəzərə almalı və Azərbaycanın haqlı mövqeyini müdafiə etməlidir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bütün sahələrdə stabilliyini və inkişaf perspektivlərini daha da möhkəmləndirəcəkdir.

Cənab Prezident, bir daha Sizi və Sizin timsalınızda bütün Rusiya xalqını Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqlı müharibədə işğalçı siyasətinə son qoyması üçün Ermənistana təsir göstərməyə çağırırıq”.