0
Thursday 1 October 2020 - 14:42

Ermənistanda yüksək rütbəli hərbçi həbs edildi – Azərbaycana casusluq ittihamı

Story Code : 889570
Ermənistanda yüksək rütbəli hərbçi həbs edildi – Azərbaycana casusluq ittihamı
Teleqraf.com xəbər verir ki, məlumatda istintaq və prosessual hərəkətlər nəticəsində Ermənistan vətəndaşının ölkənin Silahlı Qüvvələrində xidmət edərkən və mühüm vəzifədə işləyərkən dövlət sirrini ehtiva edən məlumatları köçürdüyü və ya topladığı barədə dəlillər əldə etdiyi bildirilib.

Keçmiş hərbçinin “dövlətə xəyanət” maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar verildiyi və barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunur.

Məlumata görə, cinayət işinin əsas fiquru Gürcüstan ərazisində olarkən əməkdaşlığa cəlb edilib.