QR CodeQR Code

Ermənistanda yüksək rütbəli hərbçi həbs edildi – Azərbaycana casusluq ittihamı

1 Oct 2020 14:42

İslamTimes: Ermənistan Milli Təhlükəsizlik Xidməti istefada olan yüksək rütbəli hərbçinin dövlət sirri təşkil edən məlumatları Azərbaycana ötürməkdə günahlandırıldığını bəyan edib.


Teleqraf.com xəbər verir ki, məlumatda istintaq və prosessual hərəkətlər nəticəsində Ermənistan vətəndaşının ölkənin Silahlı Qüvvələrində xidmət edərkən və mühüm vəzifədə işləyərkən dövlət sirrini ehtiva edən məlumatları köçürdüyü və ya topladığı barədə dəlillər əldə etdiyi bildirilib.

Keçmiş hərbçinin “dövlətə xəyanət” maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar verildiyi və barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunur.

Məlumata görə, cinayət işinin əsas fiquru Gürcüstan ərazisində olarkən əməkdaşlığa cəlb edilib.


Story Code: 889570

News Link :
https://www.islamtimes.org/az/news/889570/ermənistanda-yüksək-rütbəli-hərbçi-həbs-edildi-azərbaycana-casusluq-ittihamı

Islam Times
  https://www.islamtimes.org