0
Thursday 1 October 2020 - 14:48

Bütün canilər Qarabağa gəldi: Sərkisyan isə yoxdur

Story Code : 889573
Bütün canilər Qarabağa gəldi: Sərkisyan isə yoxdur
Axar.az xəbər verir ki, hazırda Ermənistanın keçmiş baş naziri Ovik Abramyan, keçmiş polis rəisi Vladimir Qasparyan, keçmiş vitse-prezident Armen Gevorkyan, keçmiş baş Qərargah rəisi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş prezident Robert Köçəryan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Qarabağdadır.

Köçəryan Qarabağda olduğu müddət ərzində təkcə “eks-prezident”lərlə yox, həm də keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan, “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan, istefada olan general Arşavir Qaramyanla görüşüb.

Ermənistandan olan bu şəxslərdən bir qismi barəsində cinayət işi olsa da, Qarabağ eyforiyası bu məsələnin gündəmdən düşməsinə səbəb olub. Belə ki, haqqında cinayət işi açılanlar da bundan yaxasını xilas etmək üçün Qarabağa qaçıblar.

Bununla belə Paşinyanın bir sıra tərəfdarları Feysbuk səhifələrində buna görə narahat olduqlarını bildirərək, Nikol Paşinyanı tənqid ediblər. Onlar bu şəxslərin öz cinayətkar keçmişini son Qarabağ hadisələri ilə “silməyə” və Qarabağ savaşından nüfuzlarını artırmaq üçün istifadəyə cəhd edəcəklərini deyiblər.

Ən maraqlı məqam isə sentyabrın 27-dən bu yana Ermənistanın eks-prezidenti Serj Sərkisyanın heç bir bəyanat səsləndirməməsidir. Belə ki, əslən Qarabağdan olan eks-prezidentin hazırda harada olduğu və niyə Qavaşının qızışdığı indiki məqamda səssiz qaldığı bəlli deyil.