QR CodeQR Code

Nigeriya xalqı Şeyx Zəkzəki və xanımının azadlığını tələb edir

1 Oct 2020 15:11

İslamTimes: Nigeriya xalqı paytaxtı Abuca şəhərində Nigeriya İslam Hərəkatının (İMN) lideri Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edərək, yenidən nümayişlər keçiriblər.


Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, sentyabrın 30-u paytaxt Abuca küçələrinə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.

Nümayişçilər sentyabrın 29-u Kaduna Dövlət Məhkəməsinin heç bir sübut olmadığına baxmayaraq, ağır xəstə olan şeyx və xanımını hələ də həbsdə saxlamasını qınayıblar.


Story Code: 889575

News Link :
https://www.islamtimes.org/az/news/889575/nigeriya-xalqı-şeyx-zəkzəki-və-xanımının-azadlığını-tələb-edir

Islam Times
  https://www.islamtimes.org