QR CodeQR Code

Hizbullahın qisas alacağı qorxusu sionistlərin yuxusunu ərşə çəkib

IslamTimes , 1 Oct 2020 17:01

İslamTimes: Sionistlər 70 gündən də uzun müddətdir ki, Hizbullahın hər an intiqam əməliyyatına başlayacağı qorxusu ilə yaşayır


İşğalçı İsrailin "Maariv" qəzetində fəaliyyət göstərən jurnalist Tal Lev Ram bildirib ki, sionist rejim ordusu artıq 70 gündən də uzun müddətdir ki, Hizbullahın hər an intiqam əməliyyatına başlayacağı qorxusu ilə yaşayır. Bunun üçün də onlar şimal sərhədlərində tam hazır vəziyyətdə gözləmək məcburiyyətindədir.

Jurnalist iddia edib ki, əldə olunan məlumatlara görə Livanın Hizbullah Müqavimət Hərəkatı əməliyyat keçirmək niyyətindədir.

Hizbullah Hərəkatı bu həftə jurnalistləri Benyamin Netanyahunun "raket zavodu" kimi təqdim etdiyi məkana dəvət edərək, işğalçı rejim baş nazirinin daha bir yalanını ifşa etsə də, Maariv qəzeti İsrail hərbçilərinə istinadla yazıb: "Hizbullahın nöqtəvuran raketlərinin məkanının kəşf edilməsindən sonra belə Hizbullahın əməliyyat keçirəcəyi gözlənilir və bunun üçün də İsrail ordusu hazırlıq vəziyyətində qalmağa davam edir..."

Hizbullah baş katibi Seyid Həsən Nəsrullah bu mövzu ilə bağlı deyib: "İşğal altındakı Fələstin sərhədlərində düşmən hələ də hazır vəziyyətdədir. Bu yaxşı haldır. Bəlkə də bu onların indiyədək tam hazır vəziyyətdə gözlədiyi ən uzun zamandır. Orduları sərhəd boyu yerləşdirilib və heç birinin bir addım belə hərəkət etməyə cürəti çatmır. Bəzən tankarının hərəkət etdiyini görürük. Bu tankların içində hərbçi olub-olmadığı məlum deyil. Hər halda biz vəziyyətə nəzarət edirik və bizim üçün ilk və son önəmli iş hədəfimizi gerçəkləşdirməkdir (düşməni məhv etmək)!"


Story Code: 889635

News Link :
https://www.islamtimes.org/az/news/889635/hizbullahın-qisas-alacağı-qorxusu-sionistlərin-yuxusunu-ərşə-çəkib

Islam Times
  https://www.islamtimes.org