0
Thursday 1 October 2020 - 21:57

Makron: Suriyalı silahlıların Dağlıq Qarabağa göndərilməsinə dair məlumatlara sahibik

Story Code : 889645
Makron: Suriyalı silahlıların Dağlıq Qarabağa göndərilməsinə dair məlumatlara sahibik
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Fransa prezidenti Emanuel Makron iddia edib ki, rəsmi Parisdə Suriyada döyüşmüş muzdurların Qarabağa göndərildiyi ilə bağlı tam dəqiq məlumatlar var.

Son zamanlar digər dövlətlərin işinə qarışmağı adət halına çevirən Emanuel Makron Suriyadakı muzdurların döyüş səhnəsini tərk edərək Qarabağdakı döyüşlərdə iştirak etmək üçün Azərbaycana üz tutduğunu iddia edib. 

Makron ötən gün də Türkiyənin Qarabağ müharibəsi ilə bağlı mövqeyinin təhlükəli olduğunu söyləmişdi. Türkiyə XİN başçısı isə Makronun cavabında ölkəsinin Azərbaycanı dəstəkləməyə davam edəcəyini bildirib.

Çavuşoğlu bildirib ki, əgər Makron Azərbaycanın işğal olunmuş torpaqlarına görə narahat deyilsə, bu o deməkdir ki, Fransa Ermənistanla müttəfiqdir və işğalçılıq siyasətini dəstəkləyir!
 
Source : IslamTimes