0
Saturday 3 October 2020 - 08:26

ÜST: Hər həftə dünyada koronavirusa yoluxanların sayı 2 milyon artır

Story Code : 889855
ÜST: Hər həftə dünyada koronavirusa yoluxanların sayı 2 milyon artır
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"Hər həftə təxminən iki milyon yoluxma baş verir. Bildiyiniz kimi, bu həftə dünya bir milyon ölümün faciəvi mərhələsini keçdi", Baş driktor deyib.

Tedros Adan Qebreyesus əlavə edib ki, bu, COVID-19-un yayılmasına cavab vermək üçün kritik bir andır. 

ÜST rəhbərinin sözlərinə görə, pandemiyanı aradan qaldırmaq üçün "ən qısa yol" ölkələrin birgə fəaliyyətidir: “Bu istiqamətdə 168 dövlət artıq birgə mübarizə aparır. Daha 25 ölkə ilə qüvvələrimizi genişləndirəcəyik. Bu, bütün insanlıq naminə pandemiyanı məğlub etmək üçün vacib həmrəylik siqnalıdır”.