QR CodeQR Code

Tramp koronavirusa yoluxması səbəbindən hərbi hospitala yerləşdirilib

3 Oct 2020 08:41

İslamTimes: ABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxması ilə əlaqədar həkimlərin tövsiyəsilə hərbi hospitala yerləşdirilib.


APA-nın məlumatına görə, ABŞ lideri Merilend ştatında yerləşən “Walter Reed” hərbi hospitalında müalicəsini davam etdirəcək.

***

02:11

Koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp bir neçə gün “Walter Reed” hərbi hospitalda müalicə alacaq. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Kaylet Makinani deyib.

Trampda yeni virusun yüngül simptomlar müşahidə edildiyini deyən mətbuat katibi prezidentin yaxşı əhval-ruhiyyədə olduğunu, hətta bütün günü işlədiyini vurğulayıb. “Prezidentin iştirakı ilə keçirilən bütün seçkiqabağı tədbirlərin təxirə salınmasına və ya onlayn formatda keçirilməsinə qərar verilib”.

Qeyd edək ki, Tramp cümə günü həyat yoldaşının və özünün koronavirus testinin müsbət olduğunu söyləyib. 

 


Story Code: 889858

News Link :
https://www.islamtimes.org/az/news/889858/tramp-koronavirusa-yoluxması-səbəbindən-hərbi-hospitala-yerləşdirilib

Islam Times
  https://www.islamtimes.org