0
Saturday 3 October 2020 - 08:41

Tramp koronavirusa yoluxması səbəbindən hərbi hospitala yerləşdirilib

Story Code : 889858
Tramp koronavirusa yoluxması səbəbindən hərbi hospitala yerləşdirilib
APA-nın məlumatına görə, ABŞ lideri Merilend ştatında yerləşən “Walter Reed” hərbi hospitalında müalicəsini davam etdirəcək.

***

02:11

Koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp bir neçə gün “Walter Reed” hərbi hospitalda müalicə alacaq. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Kaylet Makinani deyib.

Trampda yeni virusun yüngül simptomlar müşahidə edildiyini deyən mətbuat katibi prezidentin yaxşı əhval-ruhiyyədə olduğunu, hətta bütün günü işlədiyini vurğulayıb. “Prezidentin iştirakı ilə keçirilən bütün seçkiqabağı tədbirlərin təxirə salınmasına və ya onlayn formatda keçirilməsinə qərar verilib”.

Qeyd edək ki, Tramp cümə günü həyat yoldaşının və özünün koronavirus testinin müsbət olduğunu söyləyib.