0
Saturday 3 October 2020 - 12:30

İrandan Ermənistana hərbi avadanlığın keçməsinə imkan vermərik – İran Gömrük Xidməti

Story Code : 889912
İrandan Ermənistana hərbi avadanlığın keçməsinə imkan vermərik – İran Gömrük Xidməti
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bunu İranın Görmrük Xidmətinin mətbuat katibi Seyid Ruhulla Lətifi deyib.

Sosial şəbəkələrdə İrandan Erməsitana hərbi avadanlıqların keçirilməsilə bağlı iddialara münasibət bildirən İran rəsmisi vurğulayıb ki, qeyd edilən iddialar tam əsassızdır. İranın Görmrük Xidmətinin mətbuat katibi bildirib ki, ölkəsi buna imkan verməz.

O, Ermənistanın Rusiyadan sifariş verdiyi və Bəndər-Ənzəli limanından Nurduz keçidinə və oradan da Ermənistana aparılması planlaşdırılan kamaz yükləri məsələsinə də münasibət bidlirib və əlavə edib ki, bu maşınlarda heç bir hərbi yük və silah olmayıb.

O yük maşınlarının araşdırılması üçün Nurduz keçidindən saxlanıldığını bildirib.