QR CodeQR Code

Yəməndə qadınlara və uşaqlara hücum edildi 

3 Oct 2020 12:56

İslamTimes: Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəməndə yenidən mülki şəxslərə hücum edib.


Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanıb ki, Hudeyda şəhərinə hücum zamanı 1 uşaq həlak olub, 6 qadın isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Bundan əlavə Hudeyda şəhərində atəşkəs son 24 saat ərzində 106 dəfə pozulub. /Eastnews/


Story Code: 889916

News Link :
https://www.islamtimes.org/az/news/889916/yəməndə-qadınlara-və-uşaqlara-hücum-edildi

Islam Times
  https://www.islamtimes.org