QR CodeQR Code

Tramp nəfəs almaqda çətinlik çəkir

IslamTimes , 3 Oct 2020 14:52

İslamTimes: Ağ Evin ABŞ prezidentinin koronavirusa yoluxduqdan sonra yaxşı olduğunu elan etməsinə baxmayaraq, CNN şəbəkəsi Trampın nəfəs almaqda çətinlik çəkdiyini bildirib.


ABŞ Prezidenti cümə günü səhər həyat yoldaşı Melaniya ilə birlikdə koronavirusa yoluxduğunu elan edib. Bundan sonra Ağ Ev rəsmisi Trampda soyuqdəyməyə bənzər yüngül simptomlar olduğunu söyləyib.

Amma çox keçmədən prezident helikopterlə Vaşinqtondakı "Walter Reed" Hərbi Hospitalına aparılıb. Səlahiyyətlilər bildirib ki, Tramp bir neçə gün hospitalda saxlanılacaq.

CNN kanalı qeyd edib ki, Cim Acosta az öncə Trampın seçki kampaniyasının məsləhətçisi ilə əlaqə saxlayıb və o durumun ciddi olduğunu, prezidentin nəfəs almaqda çətinlik çəkdiyini, eləcə də bu gün çox yorğun göründüyün söyləyib."


Story Code: 889959

News Link :
https://www.islamtimes.org/az/news/889959/tramp-nəfəs-almaqda-çətinlik-çəkir

Islam Times
  https://www.islamtimes.org