0
Saturday 3 October 2020 - 14:52

Tramp nəfəs almaqda çətinlik çəkir

Story Code : 889959
Tramp nəfəs almaqda çətinlik çəkir
ABŞ Prezidenti cümə günü səhər həyat yoldaşı Melaniya ilə birlikdə koronavirusa yoluxduğunu elan edib. Bundan sonra Ağ Ev rəsmisi Trampda soyuqdəyməyə bənzər yüngül simptomlar olduğunu söyləyib.

Amma çox keçmədən prezident helikopterlə Vaşinqtondakı "Walter Reed" Hərbi Hospitalına aparılıb. Səlahiyyətlilər bildirib ki, Tramp bir neçə gün hospitalda saxlanılacaq.

CNN kanalı qeyd edib ki, Cim Acosta az öncə Trampın seçki kampaniyasının məsləhətçisi ilə əlaqə saxlayıb və o durumun ciddi olduğunu, prezidentin nəfəs almaqda çətinlik çəkdiyini, eləcə də bu gün çox yorğun göründüyün söyləyib."
Source : IslamTimes