0
Saturday 3 October 2020 - 16:32

Səudiyyə rejimi Camal Kaşıkçını bu sobada yandırıb!

Story Code : 889974
Səudiyyə rejimi Camal Kaşıkçını bu sobada yandırıb!
Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın əmri ilə Türkiyədəki Ərəbistan konsulluğunda inanılmaz vəhşiliklə qətlə yetirilən Camal Qaşıqçı cinayəti ilə bağlı yeni detallar üzə çıxıb. TRT kanalı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluq binasından axtarış zamanı kəşf edilən cinayət dəlillərinin görüntülərini paylaşıb. 

Səudiyyə rejiminin sərt tənqidçilərindən biri kimi tanınan jurnalist Camal Qaşıqçı 2018-ci ildə 2 oktyabr tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluq binasına daxil olsa da, bir daha geri qayıtmamışdı.

Bina daxilində cinayətin izinin itirilməsi üçün yerdəki xalça yuyulmağa göndərilib, divarlar yenidən boyadılsa da Türkiyə polisi xüsusi cihazlarla qan ləkələrini üzə çıxarıb. Jurnalistin cəsədinin bir hissəsinin Konsulluqdakı sobada yandırıldığı bildirilir. 

Türkiyə polisi konsulun evində də araşdırmalar apardıqdan sonra həyətdəki bir çalada cəsədin hissələrinin qalıqlarına rastlayıb.

Qeyd edək ki, cinayət baş verəndən 18 gün sonra hər şeyin üzə çıxdığını görən cinayətkar Səudiyyə hakimiyyəti jurnalistin konsulluqda yaranan mübahisədən sonra qətlə yetirildiyini etiraf edib. Cinayətin əsl sifarişçilərini mühakimə etməkdən boyun qaçıran Səudiyyə məhkəməsi bir neçə şəxsi cəzalandırmaqla mövzunu gündəmdən çıxarmağa çalışır.


.

 
Source : IslamTimes