QR CodeQR Code

Ermənistandan sonra Səudiyyə Ərəbistanında da Türk malları boykot edilir?

IslamTimes , 3 Oct 2020 18:58

İslamTimes: Səudiyyə Ərəbistanından olan bir səlahiyyətli Səudiyyə istehlakçıları və tacirlərini Türk məhsullarını boykot etməyə çağıran bir tvit yazıb.


Sputnik xəbər agentliyinin bildirdiyinə görə, Riyad Ticarət Palatası İdarə Heyətinin Sədri Əclan Bin Abdul Əziz əl-Əclan “Türkiyə hakimiyyəti və Ərdoğanın Səudiyyə Ərəbistanına qarşı siyasətlərinə görə Türkiyə məhsullarını boykot etməyə çağıran Twit yazıb.

Əclan əl-Əclan şənbə günü Twitter səhifəsində yazıb ki, Türkiyə məhsullarından imtina edilməsi ilə yanaşı bu ölkəyə sərmayə yatırımı və turizm səfərləri də dayandırılmalıdır. O bildirib ki, Türkiyə hökuməti davamlı olaraq Səudiyyə liderlərlərinə və vətəndaşlarına qarşı düşmənçilik siyasəti yürüdür.

Qeyd edək ki, son günlərdə işğalçı Ermənistan da Türkiyə məhsullarını boykot etməklə bağlı çağırış etmişdi.

Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə jurnalist Camal Kaşıkçının İstanbuldakı Ərəbistan konsulluğunda qətlə yetirilməsindən sonra Türkiyə hakimiyyətinin bu cinayətin üstünü açması da Ali-Səud rejiminin Türkiyəyə düşmən gözü ilə baxmasına səbəb olub.


Story Code: 889982

News Link :
https://www.islamtimes.org/az/news/889982/ermənistandan-sonra-səudiyyə-ərəbistanında-da-türk-malları-boykot-edilir

Islam Times
  https://www.islamtimes.org