QR CodeQR Code

Sülh danışıqlarını irəli apara bilərik, lakin... - Hacıyev

4 Oct 2020 09:39

İslamTimes: Biz burada səbəb və nəticə prinsipinə əsaslanmalıyıq. Səbəb budur ki, Ermənistan Azərbaycanın bu bölgəsini, ona bitişik rayonları işğal edib. Bu, əsas səbəbdir və regionda sülhə, sabitliyə əsas təhlükədir.


Bu, son gərginliklərə də əsas səbəbdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic” kanalına müsahibəsində bildirib.

"Bu fəaliyyətlərin nəticəsi isə budur ki, biz sülh danışıqlarını irəli apara bilərik, lakin burada erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını tərk etməsi, işğal vəziyyətinin sona çatması lazımdır. Bu münaqişənin həllinə nail olmaq üçün beynəlxalq hüquqa istinad etmək lazımdır", - H.Hacıyev qeyd edib.


Story Code: 890062

News Link :
https://www.islamtimes.org/az/news/890062/sülh-danışıqlarını-irəli-apara-bilərik-lakin-hacıyev

Islam Times
  https://www.islamtimes.org