0
Sunday 4 October 2020 - 20:37

Heiko Maas: ABŞ tətik mexanizmini işə sala bilməz!

Story Code : 890136
Heiko Maas: ABŞ tətik mexanizmini işə sala bilməz!
Almaniyanın xarici işlər naziri Heiko Maas "Al-Alariba al-jadid" qəzetinə verdiyi müsahibədə İranla bağlı məsələlər də daxil olmaqla bır sıra mövzulardan danışıb.

Heiko Maas jurnalistin "ABŞ "Snap back (tətik mexanizmi) haqqından istifadə edərək İrana qarşı sanksiyaları bərpa edib, sizin bu haqda mövqeyiniz necədir?" sualının cavabında deyib:
"Bizim mövqeyimiz tam şəffafdır. İranla imzalanan "Hərtərəfli Birgə Fəaliyyət Planı" sazişində iştirak edən və hələ də bu sazişdə qalan tərəflər İranın ciddi qanun pozuntusuna yol verdiyi halda bu haqda Təhlükəsizlik Şurasını məlumatlandıra bilər. Halbuki, ABŞ 2018-ci ildə bu sazişi tərk edib. Bu səbəbdən də onların tətik mexanizmini işə salmaq hüququ yoxdur..."
 
Source : IslamTimes