QR CodeQR Code

Trampın koronavirusa yoluxması ona dəstəyi daha da azaltdı

IslamTimes , 4 Oct 2020 23:33

İslamTimes: Donald Trampın koronavirus testinin müsbət çıxmasından sonra keçirilən sorğuya əsasən, demokrat partiyasının namizədi Co Bayden rəqibi Donald Trampı 10 faiz qabaqlayır.


Bazar günü yayımlanan anketə görə, respondentlərin 51%-i Donald Trampın koronavirusa yoluxmasından sonra Baydeni dəstəklədiyini bildirib. Sorğuda iştirak edənlərin 41 faizi Trampı, 4 faizi müstəqil partiyaların namizədini dəstəklədiyini bildirib. Qalan 4 faiz hələ bir qərar vermədiyini bildirib.

Sorğudan sonra məlum olub ki, Trampın koronavirusa məhəl qoymaması və nəticədə özünün Covid-19-a yoluxması onu dəstəkləyənlərin azalmasının əsas səbəblərindən biridir. Amerikalıların 57 faizi, Trampın Covid-19 virusuna qarşı tədbirlərindən narazıdır və son üç həftədə xəstələrin sayının daha da artması ilə Tramp tərəfdarlarının daha da azalacağı güman edilir.


Story Code: 890156

News Link :
https://www.islamtimes.org/az/news/890156/trampın-koronavirusa-yoluxması-ona-dəstəyi-daha-da-azaltdı

Islam Times
  https://www.islamtimes.org