0
Sunday 4 October 2020 - 23:33

Trampın koronavirusa yoluxması ona dəstəyi daha da azaltdı

Story Code : 890156
Trampın koronavirusa yoluxması ona dəstəyi daha da azaltdı
Bazar günü yayımlanan anketə görə, respondentlərin 51%-i Donald Trampın koronavirusa yoluxmasından sonra Baydeni dəstəklədiyini bildirib. Sorğuda iştirak edənlərin 41 faizi Trampı, 4 faizi müstəqil partiyaların namizədini dəstəklədiyini bildirib. Qalan 4 faiz hələ bir qərar vermədiyini bildirib.

Sorğudan sonra məlum olub ki, Trampın koronavirusa məhəl qoymaması və nəticədə özünün Covid-19-a yoluxması onu dəstəkləyənlərin azalmasının əsas səbəblərindən biridir. Amerikalıların 57 faizi, Trampın Covid-19 virusuna qarşı tədbirlərindən narazıdır və son üç həftədə xəstələrin sayının daha da artması ilə Tramp tərəfdarlarının daha da azalacağı güman edilir.
Source : IslamTimes