QR CodeQR Code

Maduro Trampı Venesuelanın düşməni adlandırsa da, tezliklə sağalmasını arzu edib

5 Oct 2020 09:18

İslamTimes: "ABŞ Prezidenti Donald Tramp Venesuelanın düşməni olsa da, onun tezliklə sağalmasını arzu edirəm” 


APA TASS-a istinadən xəbər verir ki, bunu bazar günü açıqlamasında Venesuela Prezidenti Nicolas Maduro bildirib.

"Biz heç kimin xəstələnməsini istəmirik. Venesuelanın amansız düşməni olan ABŞ Prezidentinə insani həmrəyliyimizi dilə gətiririk, sağalmasını diləyirik", deyə Maduro əlavə edib. 

Venesuela Prezidenti qeyd edib ki, Trampa olan bu münasibət onu düşündürəcək.

Maduro Trampın koronavirusa yoluxmasının səbəbini bu infeksiyaya dırnaqarası baxmasında, ABŞ-da əksəriyyətin qoruyucu maskalardan istifadə etməməsində gördüyünü dilə gətirib.


Story Code: 890177

News Link :
https://www.islamtimes.org/az/news/890177/maduro-trampı-venesuelanın-düşməni-adlandırsa-da-tezliklə-sağalmasını-arzu-edib

Islam Times
  https://www.islamtimes.org