QR CodeQR Code

Türkiyə hökuməti Qarabağdakı vəziyyəti müzakirə edəcək

5 Oct 2020 08:00

İslamTimes: Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.


Bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüz aktına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu məsələ toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.

İclasda həmçinin Şərqi Aralıq dənizindəki durum, terrorçuluğa qarşı mübarizə, iqtisadi inkişaf mövzuları, koronavirusla mübarizə, pandemiya şəraitində ölkədə təhsilin təşkili məsələləri müzakirə ediləcək. /Report/

 


Story Code: 890180

News Link :
https://www.islamtimes.org/az/news/890180/türkiyə-hökuməti-qarabağdakı-vəziyyəti-müzakirə-edəcək

Islam Times
  https://www.islamtimes.org