0
Monday 5 October 2020 - 10:10

İngiltərə əhalinin 30 milyonunun peyvənd edilməsini planlaşdırır

Story Code : 890189
İngiltərə əhalinin 30 milyonunun peyvənd edilməsini planlaşdırır
APA TASS-a istinadən xəbər verir ki, bunu İngiltərə hökumətinin peyvənd üzrə işçi qrupunun rəhbəri Keyt Binqem “Financial Times” saytına müsahibəsində bildirib.

O əhalinin hamısının peyvəndlənməsinin yanlış olduğunu bildirib: “18 yaşınadək insanlar peyvənd edilməyəcək. Bu, yalnız böyüklərə, əsasən 50 yaşdan yuxarı insanlara aid ediləcək. 67 milyon əhalisi olan İngiltərədə 30 milyon insanın peyvənd olunacağı planlaşdırılır”.

Qey edək ki, bu günə qədər İngiltərədə klinik sınaqlardan keçən on milyonlarla 6 perspektivli namizəd peyvənd var.