QR CodeQR Code

İngiltərə əhalinin 30 milyonunun peyvənd edilməsini planlaşdırır

5 Oct 2020 10:10

İslamTimes: İngiltərə dövlət rəsmiləri ölkə sakinlərinin yarısından az hissəsinin koronavirusa qarşı peyvənd ediləcəyini planlaşdırır. 


APA TASS-a istinadən xəbər verir ki, bunu İngiltərə hökumətinin peyvənd üzrə işçi qrupunun rəhbəri Keyt Binqem “Financial Times” saytına müsahibəsində bildirib.

O əhalinin hamısının peyvəndlənməsinin yanlış olduğunu bildirib: “18 yaşınadək insanlar peyvənd edilməyəcək. Bu, yalnız böyüklərə, əsasən 50 yaşdan yuxarı insanlara aid ediləcək. 67 milyon əhalisi olan İngiltərədə 30 milyon insanın peyvənd olunacağı planlaşdırılır”.

Qey edək ki, bu günə qədər İngiltərədə klinik sınaqlardan keçən on milyonlarla 6 perspektivli namizəd peyvənd var. 

 


Story Code: 890189

News Link :
https://www.islamtimes.org/az/news/890189/ingiltərə-əhalinin-30-milyonunun-peyvənd-edilməsini-planlaşdırır

Islam Times
  https://www.islamtimes.org