BMT baş katibi Qarabağla bağlı dünya ölkələrinə müraciət ünvanladı
Story Code : 890425
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
Stefan Dyujarrikin sözlərinə görə, baş katib beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən eskalasiyanı pisləyir. O, yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatdır.