QR CodeQR Code

Tezliklə Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanacaq - Spiker

6 Oct 2020 11:42

İslamTimes: “Qurtuluş savaşı aparan Ordumuz yeni əraziləri düşməndən təmizləyir və zəfərlər əldə edir”.


Publika.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün döyüş meydanında xalqımızın taleyi ilə bağlı böyük bir məsələ həll edilir

“Cəbrayıl şəhəri və digər rayonlar düşməndən təmizlənir. Qələbələr təəssüf ki, itkisiz əldə olunmur. Döyüş meydanında duruş gətirməyən düşmən mülki əhalini və obyektləri raket atəşinə tutur. Bu gün xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşirb. Əminəm ki, tezliklə Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanacaq”.


Story Code: 890429

News Link :
https://www.islamtimes.org/az/news/890429/tezliklə-qarabağın-hər-yerində-azərbaycan-bayrağı-dalğalanacaq-spiker

Islam Times
  https://www.islamtimes.org