0
Tuesday 6 October 2020 - 11:56

Ərdoğan və NATO Baş katibi Qarabağdakı vəziyyəti müzakirə edib

Story Code : 890432
Ərdoğan və NATO Baş katibi Qarabağdakı vəziyyəti müzakirə edib
SalamNews-un məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu NATO-nun baş katibi Yens Stoltenberq ilə Ankarada görüşü zamanı bildirib.

Tərəflər Şərqi Aralıq dənizi, Suriya və Liviyadakı vəziyyət başda olmaqla regional problemləri müzakirə edib.

Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edən Prezident Ərdoğan xatırladıb ki, BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələri Ermənistanı dərhal, tamamilə və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyə çağırır.