QR CodeQR Code

Ərdoğan və NATO Baş katibi Qarabağdakı vəziyyəti müzakirə edib

6 Oct 2020 11:56

İslamTimes: NATO müttəfiqləri Türkiyə ilə güclü həmrəylik göstərməlidir.


SalamNews-un məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu NATO-nun baş katibi Yens Stoltenberq ilə Ankarada görüşü zamanı bildirib.

Tərəflər Şərqi Aralıq dənizi, Suriya və Liviyadakı vəziyyət başda olmaqla regional problemləri müzakirə edib.

Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edən Prezident Ərdoğan xatırladıb ki, BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələri Ermənistanı dərhal, tamamilə və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyə çağırır.


Story Code: 890432

News Link :
https://www.islamtimes.org/az/news/890432/ərdoğan-və-nato-baş-katibi-qarabağdakı-vəziyyəti-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org