0
Tuesday 6 October 2020 - 20:57

İraqda 10 İŞİD sığınacağı və 6 terrorçu məhv edildi

Story Code : 890546
İraqda 10 İŞİD sığınacağı və 6 terrorçu məhv edildi
İraq Təhlükəsizlik Xidmətinin İnformasiya Agentliyi Əl-Ənbar vilayətində İŞİD-ə məxsus altı sığınacaq, iki tunel və iki anbarın dəqiq yerini təyin edərək, onları darmadağın edib. Bu əməliyyat zamanı 6 İŞİD terrorçusu da öldürülüb.

"Məvazin" xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Ənbar əyalətindəki Təhlükəsizlik Qüvvələri Həşd Əl-Əşaeri qüvvələrinin köməyi ilə, terrorçuların yerinin müəyyən edilməsi əməliyyatına başlayıb.

Əməliyyat zamanı terrorçuların motosiklet və maşın təmiri sexi də aşkar edilib. Onlar bu sexdə bomba ilə yüklənmiş maşınlar hazırlayaraq onları intihari əməliyyatda istiafdə etmək niyyətində olublar.
Source : IslamTimes