QR CodeQR Code

İraqda 10 İŞİD sığınacağı və 6 terrorçu məhv edildi

IslamTimes , 6 Oct 2020 20:57

İslamTimes: İraq Təhlükəsizlik Qüvvələri bu gün İraqın qərbindəki Əl-Ənbar əyalətində İŞİD-ə məxsus 10 sığınacağı və 6 terrorçunu məhv edib


İraq Təhlükəsizlik Xidmətinin İnformasiya Agentliyi Əl-Ənbar vilayətində İŞİD-ə məxsus altı sığınacaq, iki tunel və iki anbarın dəqiq yerini təyin edərək, onları darmadağın edib. Bu əməliyyat zamanı 6 İŞİD terrorçusu da öldürülüb.

"Məvazin" xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Ənbar əyalətindəki Təhlükəsizlik Qüvvələri Həşd Əl-Əşaeri qüvvələrinin köməyi ilə, terrorçuların yerinin müəyyən edilməsi əməliyyatına başlayıb.

Əməliyyat zamanı terrorçuların motosiklet və maşın təmiri sexi də aşkar edilib. Onlar bu sexdə bomba ilə yüklənmiş maşınlar hazırlayaraq onları intihari əməliyyatda istiafdə etmək niyyətində olublar.


Story Code: 890546

News Link :
https://www.islamtimes.org/az/news/890546/iraqda-10-işid-sığınacağı-və-6-terrorçu-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org