QR CodeQR Code

Ərdoğandan Makrona: Sən kimsən ki...

7 Oct 2020 00:20

İslamTimes: Sən kimsən ki, “İslamın formalaşdırılması” ifadəsini işlədirsən?


Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronun İslam dini ilə bağlı çıxışına cavab olaraq deyib.

“Makronun müsəlmanların sıx olduğu şəhərdə “İslam böhrandadır” deməsi, hörmətsizlikdən daha çox açıq provokasiyadır. Makronun islamın formalaşdırılmasından bəhs etməsi ədəbsizlikdir, həddini aşmaqdır. Bizdən bu günə qədər xristianlığın, Musəviliyin formalaşdırılması ilə bağlı nə isə eşitdinizmi?”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Makron çıxışlarında birində İslamın bütün böhran içində olduğunu, bunu təkcə Fransada müşahidə olunmadığını demişdi.


Story Code: 890573

News Link :
https://www.islamtimes.org/az/news/890573/ərdoğandan-makrona-sən-kimsən-ki

Islam Times
  https://www.islamtimes.org