QR CodeQR Code

Hindistan BMT Təhlükəsizlik Şurasının sədri oldu

3 Aug 2011 09:44

IslamTimes - Hindistan sonuncu dəfə 19 il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının sədri olub.


AzərTAc xəbər verir ki, Hindistanın BMT-dəki daimi nümayəndəsi Hardip Sinqh Puri BMT radiosunun müxbirinə verdiyi müsahibədə demişdir ki, bu ay əsas diqqət sülhpərvərlik və Liviyada münaqişənin həlli məsələlərinə yönəldiləcəkdir.

Avqustun 26-da sülhpərvərlik məsələsinə dair açıq iclas keçiriləcəkdir. Səfir Liviyadakı vəziyyətə toxunaraq ümidvar olduğunu bildirmişdir ki, avqust ayında Liviyada silahlı toqquşmalar dayandırılacaqdır. O xatırlatmışdır ki, bu il avqust ayı müsəlmanlar üçün Ramazan bayramı, orucluq və ibadət ayıdır.

Hindistan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Sonuncu dəfə o, 19 il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının sədri olmuşdur. Səfir Hardip Sinqh Puri bildirmişdir ki, o, şuranın tərkibinin dəyişdirilməsi və Hindistanın onun daimi üzvü seçilməsi məsələsini irəlilətmək üçün indiki statusundan istifadə etmək niyyətində deyildir.

Hardip Sinqh Puri demişdir: “Bu başqa məsələdir ki, biz Təhlükəsizlik Şurasının işinə rəhbərlik etmək üçün Hindistanın kifayət qədər səlahiyyəti və siyasi sanbalı olduğunu bütün dünyaya göstərə bilərik. Bu isə öz növbəsində onu təsdiq edər ki, Hindistan şurada daimi yer qazanmağa layiqdir”. /Milli.Az/


Story Code: 89058

News Link :
https://www.islamtimes.org/az/news/89058/hindistan-bmt-təhlükəsizlik-şurasının-sədri-oldu

Islam Times
  https://www.islamtimes.org