0
Wednesday 3 August 2011 - 10:30

İsrail 24 saatdan da az bir müddətdə ikinci dəfə Livan sərhədini pozdu

Story Code : 89064
İsrail 24 saatdan da az bir müddətdə ikinci dəfə Livan sərhədini pozdu
İsrail 24 saatdan da az bir müddətdə ikinci dəfə Livan sərhədini pozdu
"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, Livan hökuməti İsrailin iki gün öncəki Livan torpaqlarına təcavüzü ilə bağlı BMT-yə rəsmi şikayət tənzimlədiyi bir halda, işğalçı İsrail rejiminin 10 hərbiçisi UNİFEL (United Nations Interim Force in Lebanon) qüvvələrinin nəzarəti altında olan məntəqəyə soxulublar. Sionist rejim hərbiçiləri Livan sərhədlərini pozaraq, kəndlilərin zeytun bağlarında axtarış aparıblar.

Əldə olunan məlumatlara əsasən, bu olay ötən gün saat 13-30 radələrində Karum əş-Şərqə kəndində qeydə alınıb.

İsrail rejiminin 24 saatdan da az bir müddət ərzində ikinci dəfə olaraq Livan sərhədini pozması bir halda baş verdi ki, BMT-nin Livana göndərilmiş xüsusi nümayəndəsi Maykl Viliamz ilə Livan prezidentinin görüşündən hələ bir neçə saat keçirdi.
Comment