QR CodeQR Code

Qırğızıstanda etirazçılar prezidentin impiçmentini tələb edir

7 Oct 2020 12:07

İslamTimes: Qırğızıstan paytaxtının mərkəzi meydanındakı etirazçılar ölkə prezidenti Sooronbay Jeenbekovun impiçment edilməsini tələb edir.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Bişkekin “Ala-Too” meydanına təxminən 400 nəfər toplaşıb.

Etirazçılar Prezidentin xalqa xəyanət etdiyini bildirirlər. Onlar prezidentin impiçment edilməsini və köhnə siyasətçilərin istefasını tələb edirlər.

Parlamentin mətbuat xidmətindən bildirilib ki, həbsdən azad edilən müxalifət lideri Sadr Japarov Qırğızıstanın yeni Baş Naziri təyin olunub, lakin Prezident onu bu posta təsdiqləməyib.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstanda parlament seçkiləri keçirilib. Seçkidə seçici fəallığı 56% olub. Səsvermənin ilkin nəticələrinə görə, seçki məntəqələrinin 98 faizinin bülletenləri sayıldıqdan sonra dörd partiya parlamentə daxil olub. Qalan partiyalar 7% həddini keçə bilməyib.

Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini etibarsız elan edib.

Seçkilərin nəticələrinə etiraz edən şəxslərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub. Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalarda təxminən 700 nəfər yaralanıb ki, bunlardan 200-ü təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. Bir nəfər isə həyatını itirib.  

 


Story Code: 890657

News Link :
https://www.islamtimes.org/az/news/890657/qırğızıstanda-etirazçılar-prezidentin-impiçmentini-tələb-edir

Islam Times
  https://www.islamtimes.org