0
Wednesday 7 October 2020 - 12:32

Həsən Ruhani: Azərbaycan qardaşımızdır, Ermənistan isə qonşumuz

Story Code : 890664
Həsən Ruhani: Azərbaycan qardaşımızdır, Ermənistan isə qonşumuz
O qeyd edib ki, İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və dəstəkləyir: "Azərbaycan bizim qardaşımızdır, Ermənistan isə qonşumuz".

Ruhani əlavə edib: "Azərbaycan Respublikası xalqının hüquqlarını və bu ölkənin ərazi bütövlüyünü tanıyırıq."

Həsən Ruhani də digər İran dövlət rəsmiləri kimi Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmalı olduğunu bildirib. Prezident qeyd edib ki, bu prosesinin danışıqlar yolu ilə gerçəkləşməsi günahsız insanların həyatını itirməsinə mane ola bilər.