QR CodeQR Code

ABŞ parlament binası qəzəbli xalqın mühasirəsində

3 Aug 2011 10:50

IslamTimes - Polis qüvvələri Parlament binasının əsil qapısı istiqamətində olan nümayişçilərə hücum edərək, onlardan bir neçəsini həbs edibdir


"IslamTimes" xəbər verir ki, amerikalılar parlament binası ətrafında toplaşaraq ABŞ-da yaranmış mövcud vəziyyətə görə etiraz aksiyası keçirirlər. Nümayişçilər ölkədə yaranmış böhranlı vəziyyətin həlli üçün rəsmilərin çıxış yolu tapmasını tələb edirlər.

Qeyd edək ki, Polis qüvvələri Parlament binasının əsil qapısı istiqamətində olan nümayişçilərə hücum edərək, onlardan bir neçəsini həbs edibdir.

Nəzərinizə çatdıraq ki, ötən gün ABŞ prezidenti Barak Obama ölkə borcunun artırılması ilə bağlı sənədi imzalayıbdır.

Bu qanun ABŞ-ın 14 trilyon 300 milyard dollar olan borcunun daha 2 trilyon 400 milyard dollar artırılması barədədir.


Story Code: 89072

News Link :
https://www.islamtimes.org/az/news/89072/abş-parlament-binası-qəzəbli-xalqın-mühasirəsində

Islam Times
  https://www.islamtimes.org