QR CodeQR Code

Morqan Ortequs "ABŞ İran xalqının sağlamlığına görə narahatdır"

IslamTimes , 7 Oct 2020 20:17

İslamTimes: Bir neçə gün öncə "İran xalqı üçün həyatı çətinləşdirdik" deyə fəxr edən ABŞ bu dəfə İran xalqına görə narahat olduğunu iddia etdi


Bu günədək dəfələrlə ABŞ-ın cinayətlərinə laqeyd qalmaqdan imtina edən İran İslam Respublikası və İran xalqına qarşı maksimum iqtisadi təzyiqlər davam etsə də, ABŞ rəsmiləri, o cümlədən ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortequs ABŞ dövlətinin İran xalqının sağlamlığına görə narahat olduğunu iddia edib. O Tvitter hesabında yazıb: "ABŞ İranda Covid-19 virusuna yoluxmanın yenidən artması səbəbindən narahatdır. İlk dəfə fevral ayında irəli sürdüyümüz yardım təklifini bir daha təkrarlayırıq..."

Ortequsun bu "humanist" çıxışı elə bir dönəmə təsadüf edir ki, o bir neçə gün öncə CNBC kanalına verdiyi müsahibədə bildirmişdi ki, rəsmi Vaşinqton İrana qarşı maksimum təzyiq siyasətini davam etdirəcək.
Bir müddət öncə ABŞ dövlət katibi Mayk Pompeo da fəxrlə "İran xalqı və rejim üçün həyatı çətinləşdirmişik və təzyiqə davam edəcəyik" söyləmişdi!


Story Code: 890756

News Link :
https://www.islamtimes.org/az/news/890756/morqan-ortequs-abş-iran-xalqının-sağlamlığına-görə-narahatdır

Islam Times
  https://www.islamtimes.org