0
Wednesday 7 October 2020 - 21:28

AB: "Dağlıq Qarabağ böhranının həlli üçün qeyd-şərtsiz danışıqlar başlamalıdır"

Story Code : 890765
AB: "Dağlıq Qarabağ böhranının həlli üçün qeyd-şərtsiz danışıqlar başlamalıdır"
30 il ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılmasına kömək etməyən Avropa, Amerika və Beynəlxalq Təşkilatlar bu gün torpaqlarını hərbi yolla işğaldan azad edən Azərbaycanı müzakirə masasına oturmağa çağırır.

Avropa Birliyinin baş diplomatı Jozef Borrel Avropa Parlamentinin iclası zamanı bu məsələ ilə bağlı deyib: "1993-1994-cü illərdən bu günədək Azərbaycan və Ermənistan arasında ən ciddi qarşıdurmalara şahid oluruq. Biz ilk gündən qarşıdurmaların dayandırılmasını tələb etmişik. Hər iki tərəf müharibəni dayandırdıqdan sonra müzakirə masasına oturmalıdır. Bu gərginlik müharibə ilə həll edilə bilməz. Xarici müdaxilə də doğru addım olmaz. Ön şərt olmadan müzakirələrə başlanılması üçün hər iki tərəfə təzyiq göstərilməlidir.
Source : IslamTimes