QR CodeQR Code

AB: "Dağlıq Qarabağ böhranının həlli üçün qeyd-şərtsiz danışıqlar başlamalıdır"

IslamTimes , 7 Oct 2020 21:28

İslamTimes: "Ön şərt olmadan müzakirələrə başlanılması üçün hər iki tərəfə təzyiq göstərilməlidir"


30 il ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılmasına kömək etməyən Avropa, Amerika və Beynəlxalq Təşkilatlar bu gün torpaqlarını hərbi yolla işğaldan azad edən Azərbaycanı müzakirə masasına oturmağa çağırır.

Avropa Birliyinin baş diplomatı Jozef Borrel Avropa Parlamentinin iclası zamanı bu məsələ ilə bağlı deyib: "1993-1994-cü illərdən bu günədək Azərbaycan və Ermənistan arasında ən ciddi qarşıdurmalara şahid oluruq. Biz ilk gündən qarşıdurmaların dayandırılmasını tələb etmişik. Hər iki tərəf müharibəni dayandırdıqdan sonra müzakirə masasına oturmalıdır. Bu gərginlik müharibə ilə həll edilə bilməz. Xarici müdaxilə də doğru addım olmaz. Ön şərt olmadan müzakirələrə başlanılması üçün hər iki tərəfə təzyiq göstərilməlidir.


Story Code: 890765

News Link :
https://www.islamtimes.org/az/news/890765/ab-dağlıq-qarabağ-böhranının-həlli-üçün-qeyd-şərtsiz-danışıqlar-başlamalıdır

Islam Times
  https://www.islamtimes.org